Tbilisidə etirazçılar Gürcüstan parlamentinə girişləri bağlayıblar 14 Noyabr 2019 15:08 Dünya Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binasının üç giriş qapısını bloklayıb. Buna səbəb qanunverici orqanda proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanun layihəsinin qəbul olunmamasıdır. Aksiya təşkilatçılarından biri olan Giqa Makaraşvili bildirib ki, deputatlara parlament binasını tərk etmələrinə imkan verilməyəcək: “Parlament üzvləri bu gün böyük səhv etdilər və Gürcüstan əhalisi bunu heç zaman unutmayacaq”. Etirazçılar parlamentin binası qarşısında saat 19:00-da kütləvi aksiya təyin ediblər. Qeyd edək ki, Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya dəyişiklikləri səs yetərsizliyindən qəbul olunmayıb. Qanun layihəsi tələb olunan 113 səsdən yalnız 101 səs toplayıb. /Report Teqlər : #Tbilisidə,#etirazçılar,#Gürcüstan,#parlamentinə,#girişləri,#bağlayıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru FED: İqtisadiyyat üçün mənfi faiz dərəcələri uyğun deyil Beynalxalq İslam Vəhdət Konfransı işinə başladı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO