Beytül-Müqəddəsdə fələstinlilərlə sionistlər arasında toqquşma baş verib

Beytül-Müqəddəsdə Sionist rejim  hərbçiləri ilə fələstinlilər arasında toqquşmanın baş verməsindən xəbər veriblər.
Maide.az-ın Fələstin İnformasiya Mərkəzinə istinadən məlumatına görə,sionist rejim hərbçiləri şənbə günü gecə işğal altında olan Qüdsdə, Rəsül-Amud məntəqəsində fələstinlilərə hücum edib. Bu da fələstinlilərlə toqquşmaya səbəb olub. Toqquşma nəticəsində 17 fələstinlinin saxlanıldığı bildirilir.
İsrail hərbçilərinin hücumuna məruz qalan fələstinlilər özlərini müdafiə etmək üçün sionistlərə tərəf daş atıblar. Nəticədə bir sionist hərbçi yaralanıb.
İsrail hərbçiləri hücum zamanı gözyaşardıcı qazlardan və səs bombalarından istifadə ediblər. Beytül-Müqəddəs son günlər İsrail hərbçiləri ilə fələstinlilər arasında ciddi toqquşmaların şahididir.
Sionist rejim Beytül-Müqəddəsdə fələstinlilərin evlərinə basqın etmək və onların evlərini dağıtmaqla fələstinliləri məcburi şəkildə bu şəhərdən köçürmək və Beytül-Müqəddəsi tamamilə yəhudiləşdirmək niyyətindədir. /

 

Google+ WhatsApp ok.ru