Səudiyyə Ərəbistanında şiələrə qarşı təzyiqlər artıb

4 nəfər şəhid olub

Səudiyyə Ərəbistanın təhlükəsizlik qüvvələri ötən gün  şiələrin məskunlaşdığı Əl-Əvamiyyə bölgəsinə hücum edib.
Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, basqın zamanı dörd nəfəri şəhid edib. Şəhid olanlardan biri azyaşlı uşaqdır. 
Məlumata əsasən, hücum zamanı Ali-Səud rejim qüvvələri  hərbi vertolyotlardan da istifadə edib. 
Hücum zamanı 20 nəfər dinc sakin yaralanıb. Yaralılardan bəzisinin vəziyyəti ağırdır. 
Bəzi KİV-lərin məlumatına əsasən, Ali -Səud rejim qüvvələri skayperlərlə də dinc sakinləri hədəfə alıblar. Skayperlə bir neçə qadın və uşaq yaralanıb. 
Həmçinin rejim qüvvələri geniş miqyaslı həbslər həyata keçirib. Həbs olunanlar arasında yeniyetmələrdə var. 
Hücum zamanı dinc sakinlərin mənzillərinə, ticarət mərkəzlərinə və mağazalara ziyan dəyib. Onların şüşələri sınıb, bəzi evlərdə yanğın baş verib. 
Səudiyyə rejiminin  Daxili İşlər Nazirliyinin məsul şəxslərindən olan general-leytenant Musəvvər Əltərəki hücumların terrorçularla mübarizə üçün həyata keçirildiyini iddia edib. 
Siyasi müşahidəçilər Daxili İşlər Nazirliyinin terrorçularla mübarizə barədə iddialarını təkzib edib. Ekspertlər bu hücumları Səudiyyə Ərəbistanın şərqində yaşayan şiələrə qarşı təzyiqlərin davamı kimi dəyərləndiriblər. 
Şiələr Səudiyyə Ərəbistan əhalisinin təqribən 20%-ni təşkil edir, amma onlarla bu ölkənin ikinci dərəcəli vətəndaşları kimi davranılır./
 

Google+ WhatsApp ok.ru