Bibiheybət qəbiristanlığı yanır - Fotolar

Bibiheybət qəbiristanlığı yanır - Fotolar

Bakının Səbail rayonu ərazisində, Bibiheybət qəbiristanlığında yanğın baş verib.
 
Yanğın qəbiristanlıqdakı quru otlardan başlayıb.
 
Yanğın 2000 kv. metr ərazini əhatə edib. Məzarlar üçün təhlükə yaranıb. Bu barədə musavat.com xəbər verib.
 
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi üçün tədbirlər görülür. Yaxınlıqda yerləşən evlərə alov keçməməsi üçün dağın ətəyindən quru otun üzərinə qum tökülüb.
 
İlkin ehtimala görə, yanğına quru otun üzərinə siqaret atılması səbəb olub. Yanğının səbəbi dəqiqləşdirilir.
 

 

Google+ WhatsApp ok.ru