14 nəfəri ilan sancdı

14 nəfəri ilan sancdı

Bu ay Azərbaycanda 14 nəfəri ilan sancıb. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azər Maqsudov deyib ki, onlardan 11 nəfəri xəstəxanaya qəbul edilib, digər 3 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb. Onun sözlərinə görə, mərkəzə yerləşdiirlənlərdən 4 nəfərin vəziyyəti ağır, digərləri isə orta-ağırlıqda olub: “Müraciətlər əsasən Bakıətrafı kəndlərdən, Hacıqabul, Şamaxı, Qəbələ rayonlarından olub. Son günlər ölkədə havaların isti keçməsinə baxmayaraq, ilan sancma hallarında artım yoxdur”.
 
A.Maqsudiv əlavə edib ki, iyun ayında 4 nəfəri əqrəb, 1 nəfəri isə qara qurd sancıb. (APA)
 

Google+ WhatsApp ok.ru