Bibiheybətdə də torpaq sürüşdü, divar uçdu - FOTO

Bibiheybətdə də torpaq sürüşdü, divar uçdu - FOTO

Bakıda divar uçub.
 
Maide.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə 20-ci sahədən Bibiheybətə gedən yolda baş verib.
 
Bibiheybət məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçaraq yola tökülüb.
 
Torpaq sahəsinin də bir hissəsi sürüşüb. Hazırda ərazidə bərpa işləri aparılır.
 
Sözügedən yol Azərbaycan Avtomobil Yollarının balansındadır, hazırda qurumun işçiləri hadisə yerinə gəlib. Yola tökülən dağıntıları təmizlənməsinə başlanılıb. Yolun sağ hissəsində hərəkət qismən məhdudlaşırılıb
 
 
 

Google+ WhatsApp ok.ru