Biləsuvarda baş verən yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum oldu-SİYAHI (YENİLƏNİB)

Biləsuvarda baş verən yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum oldu-SİYAHI (YENİLƏNİB)

Biləsuvarda baş verən ağır yol qəzası zamanı ölən və xəsarət alanların adları məlum olub.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, hadisə nəticəsində ölən və xəsarət alanların hamısı rayonun İsmətli kənd sakinləridir.
 
Hadisə nəticəsində "VAZ 21015" markalı avtomobildə olan 1961-ci il təvəllüdlü Hüseynova Güllübəyim Mehdi qızı və 1944-cü il təvəllüdlü Tağızadə Şükufə Qəhrəman qızı hadisə yerində dünyasını dəyişib, avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Tağızadə Araz Əsəd oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Asim Rasim oğlu,1972-ci il təvəllüdlü Əliquliyeva Məlahət Qurban qızı və "Lada Priora" markalı avtomobilin sürücüsü, 1955-ci il təvəllüdlü Dövlətov Şakir Əhməd oğlu isə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Hadisə nəticəsində xəsarət alanlardan Araz Tağızadənin xəsarətləri yüngül olduğundan o, ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb, "Lada Priora" markalı avtomobilin sürücüsü Şakir Əhmədov isə təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə Kliniki Tibbi Mərkəzə göndərilib.
 
Xatırladaq ki, bu gün Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda “VAZ-21015” və "Lada Priora" markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə 2 nəfər hadisə yerində vəfat edib, 4 nəfər isə yaralanıb.
 
***
Bu dəqiqələrdə Biləsuvarda ağır qəza baş verib.
 
“Qafqazinfo” xəbər verir ki, "Lada Priora" və "Vaz 21 015" maşınlarının toqquşması nəticəsində 2 nəfər həlak olub.
 
Həlak olanlar rayonun İsmətli kənd sakinləridir.
 
Fövqəladə Hallar Nazirliyi baş verən hadisə ilə bağlı məlumat yayıb. 
 
APA-nın xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Biləsuvar rayonunda “LADA” və “VAZ” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
 

 

Google+ WhatsApp ok.ru