Binanın 4-cü mərtəbəsində partlayış: yaralanan var

Bu gün Abşeron rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 67 kv.m olan 2 otaqlı mənzilin eyvanında qaz balonunun ani partlaması nəticəsində eyvanın pəncərəsi, su qızıdırıcısı və ev əşyaları 2 kv.m sahədə yanıb.
Yanğın zamanı əl və üz nahiyyəsindən yanıq xəsarəti almış 1 nəfər yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təvhil verilib. Yanğın zamanı eyvanda olan digər qaz balonu təhlükəsiz əraziyə aparılıb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb. /
 

Google+ WhatsApp ok.ru