Ana və uşaq doğuş zamanı ölüb

Quba Rayon Mərkəzi Xəstəxanasının Quba Regional Perinatal Mərkəzində ana və uşaq ölümü hadisəsi baş verib.
 
"Report"un məlumatına görə, 1987 il təvəllüdlü Xaçmaz rayon sakini Cabrailova Leyla Xilal qızı doğuş zamanı dünyasını dəyişib. Körpəni də xilas etmək mümkün olmayıb.
 
Leyla Cabrailovanın üçüncü doğuşu olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır./

Google+ WhatsApp ok.ru