Blokadada saxlanılan Qəzza zolağından dünyaya neçə qapı açılır ?

Blokadada saxlanılan Qəzza zolağından dünyaya neçə qapı açılır ?

-- Rəfah sərhəd qapısının açıq qalma müddəti 3 gün də uzadıldı

Misir idarəçiliyi Rəfah sərhəd keçid məntəqəsi daha 3 gün açıq tutmaq barədə qərar qəbul edib.
 
Maide.Az "AA"-a istinadən xəbər verir ki,  bu barədə Fələstin Mülki İşlər  Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Muhəmməd əl-Mkadimə bildirib.
 
Onun sözlərinə görə, sərhəd noyabrın 23-nə kimi açıq qalacaq.
 
Qeyd edək ki, 10 illik fasilədən sonra noyabrın əvvəllərində Fələstinin  idarəçiliyinə keçən  Qəzzadakı Rəfah sərhəd qapısı istisna vəziyyət üçün iki tərəfli açılmışdı.
 
“Həmas” ilə “Fəth” heyəti Misirin paytaxtı  Qahirədəki  müzakirələrdən sonra noyabrın 12-də  Fələstində parçalanmanı bitirən «razılaşma sazişini» imzalamışdı. Yeni razılaşma ilə  Fələstin Beynəlxalq Uzlaşma hökumətinin  ən gec 1 dekabra kimi  Qəzzadakı bütün vəzifələrini Qərb sahilində olduğu kimi  yerinə yetirməsi planlaşdırır.
 
İşğalçı İsrail rejimi tərəfindən blokadada saxlanılan Qəzza zolağından dünyaya 7 qapı açılır ki, onlardan 4-ü işğalçı rejim tərəfindən müxtəlif bəhanələrlə bağlı saxlanılır.
 
Bağlı saxlanılan keçid məntəqələri bunlardır: 
 
1. El-Avde keçid məntəqəsi - İsrail rejimi tərəfindən bağlanmamışdan öncə iş adamları və tacirlərin keçidi üçün istifadə olunurdu. 
 
2. Karare keçid məntəqəsi - işğalçı İsrail rejim güclərinin bölgəyə giriş və çıxşışı üçün istifadə olunurdu, 2005-ci ildə İsrailin Qəzzadan geri çəkilməsinin ardından bağlandı. 
 
3. Mintar keçid məntəqəsi  - inşaat avadanlığı, ərzaq məhsulları və ixracat -idxalat üçün istifadə olunurdu. Bu qapı hazırda işğalçı İsrail rejimi tərəfindən bağlanıb. 
 
4.  Şucaiyye keçid məntəqəsi- yalnız yanacaq və qaz idxali üçün nəzərdə tutulan bu qapı İsrail tərəfindən bir dəfəlik bağlanıb.)  
 
7 keçiddən  3-ü isə  bəzi vaxtlar açıq olur.  Onlar bunlardır:  
1. Rəfah keçid məntəqəsi - Misirdə  2013-cü ildə çevrilişdən sonra "təhlükəsizlik məqsədilə" bağlanıb.  Misir rəsmiləri Rəfah keçidini bəlli zamnalarda bir neçə günlük açır. 
 
2. Kerem Əbu Səlim keçid məntəqəsi - işğalçı rejim bu keçidi cümə və şənbə günləri və Yəhudi bayramlarında bağlanılır. Bəzən də Fələstinliləri cəzalandırmaq məqsədilə bağlı saxlanılır.  
 
3.  Beyt Hanun keçid məntəqəsi - işğalçı rejim bu sərhəd buraxılış məntəqəsindən hər Fələstinlinin keçməsinə icazə vermir. Çox vaxt keçmək istəklərini "təhlükəsizlik" tədbirləri adı ilə  cavabsız qoyur. 
 
Qəzza zolağının sionist İsrail rejimi tərəfindən mühasirəsi və bu bölgədə aparılan hərbi əməliyyatlar, son illər ərzində Qəzzada sosial-iqtisadi göstəriciləri ən aşağı səviyyəyə çatıb. Bu Fələstin torpaqlarının İsrail rejimi tərəfindən işğalından sonra ən aşağı göstəricidir. 
 
Qəzza zolağının 362 min kvadrat kilometr ərazisi var ki, təqribən 1 milyon 800 min nəfər fələstinli burada yaşayır.   
 
2007-ci ildən sionist rejim bu bölgəni mühasirədə saxlayır. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza əhalisi yaşayış üçün lazım olan sadə imkanlardan, o cümlədən yemək, yanacaq, dərman və tikinti materiallarından belə məhrum edilib.

 

Google+ WhatsApp ok.ru