BMT: Banqladeşə qaçan arakanlı müsəlmanlara sərhəddə atəş açılıb 02 Sentyabr 2017 01:00 Dünya BMT Myanmanın Arakan əyalətində ordu və buddist millətçilərin hücumlarından qaçan 38 min arakanlı müsəlmanın Banqladeşə keçdiyini təxmin edir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Banqladeşdəki nümayəndəsi Vivian Tan bildirib ki, yol kənarları müsəlman qaçqınlarla doludur. BMT təmsilçisi deyib ki, sərhədi keçərkən arakanlılara atəş açılıb. Avropa Rohunca İttifaqı bildirib ki, Arakan əyalətinin mərkəzi Sitve şəhərində mülki vətəndaşlara qida və tibbi ləvazimatların çatdırılmasına icazə verilmir. Təşkilat ordunun hücumlarının olmadığı bölgələrdə də müsəlmanların təhlükədə olduğunu, humanitar yardımların qarşısının alındığını bəyan edib. Myanma ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında Arakandakl hücumları nəticəsində son bir həftədə çoxlu sayda arakanlı müsəlman öldürülüb. Hücumlarda 60-dan çox kənd hədəfə alınıb. Onlarla kənd yandırılıb, on minlərlə arakanlı təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır. Myanma hökuməti beynəlxalq təşkilatlara bölgəyə giriş icazəsi vermədiyindən, ölənlərin sayını dəqiqləşdirmək hələ mümkün olmayıb.(apa) Teqlər : #BMT: Banqladeşə qaçan arakanlı müsəlmanlara sərhəddə atəş açılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hökumət nümayəndələri Qurban bayramını təbrik etmək məqsədilə Tbilisi Cümə məscidində oldu - FOTO Almaniyada yaşayan müsəlman mühacirlərin iş və təhsil durumu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO