BMT-dən Qəzza üçün mənasız toplantı

Maide.az-ın məlumatına görə, Qəzzadakı hadisələri müzakirə etmək üçün toplaşan BMT Təhlükəsizlik Şurasından yenə hər hansı bir qərar verilməyib. İsrailin hücumlarını dayandırması barədə bir qərarın, ya da məlumat mətninin gündəmə gəlmədiyi toplantıda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr hər zamanki fikirlərini təkrarlayıblar. 
 
ABŞ və Avstraliya başda olmaqla bir çox ölkənin nümayəndəsi çıxışlarında "Həmasın raket hücumlarının qəbul edilməz olduğu və bu hücumlar qarşısında İsrailin özünü müdafiə etməsinin qanuni olduğu" vurğulayaraq, sionist rejimin hücumlarını dəstəkləyiblər. Amma qəribədir ki, sionist rejimin müdafiəçiləri Həmasın atdığı raketdən ölənlərin sayını deməyiblər. Çünki yoxdur.
 
Fələstinin BMT daimi nümayəndəsi Riyad Mənsur isə göz yaşları içində etdiyi çıxışda təkcə son 24 saat arzində İsrail hücumlarında çoxlu sayda uşağın da içində olduğu 40-dan çox fələstinlinin şəhid olduğunu söyləyib. 

Google+ WhatsApp ok.ru