İŞİD –dən məsihilər üçün yeni qərar, ya müsəlman olun ya öldürüləcəksiz

 

İŞİD  terrorçuları İraqın şimalındakı məsihilərlə bağlı yeni qərar qəbul edib. Belə ki, onlara deyilib ki, “ya müsəlman olun, ya dini maliyat (cizyə) verin yadakı sizi ölüm cəzası gözləyir”.

Maide.az-ın Reuters xəbər agentliyinə istinadən məlumatına görə, İŞİD terrorçu qurplaşması Mosul şəhərində bəyanat yayıb və bu qərarın bu gündən (şənbə günündən) icra olunacağını açıqlayıb.

Bəyanatda bildirilir: Suriya və İraqdakı “İslami hökumət” ərazisində yaşamaq istəyən məsihilər “zimmə” müqaviləsinin maddələrinə uyğun hərəkət etməlidir. Bu müqaviləyə əsasən müsəlmanların ərazisində yaşayan qeyri-müsəlmanlar “cizyə”  ( Cizyə müsəlman ölkələrində qeyri müsəlman əhalidən can və mal mülkiyyətinin qorunması qarşılığında alınan vergidir) deyilən xüsusi vergi ödəməlidir.

Bəyanatda həmçinin deyilir ki,  “Biz üç təklifimiz var: İslam, zimmə müqaviləsi və cizyənin ödənilməsi,  bu ikisi olmazsa qılıncdan başqa bir yol qalmayacaq onlar üçün”.

 

Google+ WhatsApp ok.ru