BMT-də Arakan müsəlmanlarına qarşı zülmlə bağlı qanun layihəsi qəbul edildi

Myammarda Arakan müsəlmanlarına (Rohingyalar) qarşı tətbiq edilən zülm BMT Təhlükəsizlik Şurasında müzakirə edilib.
Maide.az xəbər verir ki, Şuranın 28-ci iclasında səsvermə edilmədən qəbul edilə qanun layihəsində Rohingyaların məcburi şəkildə yaşadıqları yerlərdən qovulması qınanıb.
Həmçinin, Rohingyaların cinayətkar dəstələr tərəfindən istismar edilməsindən narahatlıq, bölgədəki ölkələrin onlara sığınacaq verməsində məmnunluq ifadə edilib.
Qanun layihəsində qeyd edilib ki, Rohingyaların və digər etnik qrupların vətəndaşlıq hüquqlarından məhrum edilməsi insan hüquqlarına ziddir.
BMT Təhlükəsizlik Şurası Myammar hökumətini insan hüquqlarını qorumağa və Rohingyalara vətəndaşlıq verməsi üçün çağırış da edib./

Google+ WhatsApp ok.ru