Yunanıstanın baş naziri: “Dövlət borcunun 30 faizi silinməlidir`

Yunanıstanın baş naziri Aleksis Tsipras dövlət borcunun idarə olunması məsələsinin  kreditorlarla danışıqlarda əsas problemlərdən biri olduğunu qeyd edib. Bu barədə Aleksis Tsipras xalqa telemüraciətində bildirib. Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun ötən gün dərc edilən hesabatında  ölkənin  dövlət borcunun 30 faizinin silinməsinin lazım olduğu  təsdiqlənir və qalan borcun qaytarılması üçün Yunanıstana 20 illik güzəştli müddət verilməsi nəzərdə tutulur.      
 
“BVF-in hesabatı borc məsələsinə toxunmayan müqavilənin şərtlərinin qəbul edilməməsinə dair bizim qərarın düzgünlüyünü təsdiqləyir. Memorandumun əsas təşəbbüskarı  təsdiqləyir ki, kreditorların irəli sürdüyü təkliflər heç də böhrandan qurtulmağa gətirib çıxarmayacaq”, deyə Tsipras qeyd edib.     
 
“Borcu “həyat qabiliyyətli” edəcək  yeganə vasitə onun 30 faizinin silinməsi və qaytarılması üçün Yunanıstana 20 illik güzəştli müddət verilməsidir”, deyə baş nazir qeyd edib. 

Google+ WhatsApp ok.ru