BMT-dən Macarıstana qaçqınlarla bağlı sərt reaksiya: “Özünüzü onların yerinə qoyun”

İŞİD terrorçularının zülmündən qaçaraq Avropada sığınacaq almağa çalışan suriyalı qaçqınlara Macarıstanın sərt müdaxiləsi davam edir.
Maide.az xəbər verir ki, sərhədlərini bağlayaraq qaçqınların ölkəyə girişini qadağan edən Macarıstanın hərəkətinə BMT-ni baş katibi Ban Ki Muin sərt reaksiya verib.
O deyib ki, Macarıstan hökumətinin Serbiya ilə sərhəddə qaçqınlara qarşı etdiyi sərt müdaxilə qəbul edilməzdir:
“Suriyada savaşdan qaçan insanlara sığınacaq tələbi başda olmaqla, hər cür dəstəyin verilməsi lazımdır. Özünü onların yerinə qoyun”, - deyə Ban Ki Mun Macarıstana hökumətinə səslənib.
Macarıstan hökuməti isə bütün reaksiyalara baxmayaraq öz niyyətindən dönməyəcəyini, hətta, ölkənin Xorvatiya ilə Rumıniya sərhədlərinə də tel çəkməyi planlaşdırır.
Sərhədlərin bağlanmasından sonra suriyalı qaçqınlar ümidini Xorvatiya sərhədlərinə aparıb. Məlumata görə, dünəndən bəri 5 mindən çox qaçqın Xorvatiyaya keçib.
Qeyd edək ki, suriyalı miqrantlara bir çox Avropa ölkəsində sərt müdaxilələr edilir, ölkələrə buraxılmırlar. İŞİD terrorçularının zülmündən qaçaraq canını qurtaran suriyalılar indi küçələrdə gecələməli olurlar./

Google+ WhatsApp ok.ru