Ağ Evə giriş-çıxış bağlanılıb

ABŞ prezidenti Barak Obama və ailəsinin yaşadığı Ağ Evin təhlükəsizliyindən məsul Gizli Xidmətin sözçülərindən Nicole Mainor bildirib ki, Sarayın qarşısında yerləşən Lafayet Parkdakı sahibsiz paketə görə Ağ Evə giriş və çıxışlar bağlanıb. 
 
Maide.az xəbər verir ki, bomba mütəxəssislərinin və yanğınsöndürmə briqadalarının parka ezam olunduğunu bildirən Mainor, prezident Obamanın hadisə vaxtı Ağ Evdə olmadığını bildirib.
 
Araşdırmadan sonra insanların parka daxil olmasına icazə verilib, amma Ağ Evə giriş və çıxışlara hələ imkan verilmir.

Google+ WhatsApp ok.ru