BMT-dən İsrail rejimi əsgərinə cinayət ittihamı

Birləşmiş Millətlər Hüquqdankənar və Mühakiməsiz Edamlar xüsusi məruzəçisi Kristof Heyns yerdə yaralı halda uzanmış fələstinli gənci kameralar qarşısında başından vuraraq öldürən İsrail rejimi əsgərini cinayət törətməkdə günahlandırıb.
Maide.az xəbər verir ki, Heyns mövzu ilə bağlı verdiyi açıqlamasında, hadisədən sonra ortaya çıxan görüntülərin Fələstinli gəncin öldürülməsinin mühakiməsiz edam olduğunu bütün açıqlığı ilə ortaya qoyduğunu söyləyib. Heyns, "Təhdid təşkil etməyən birini vurmaq cinayətdir" - deyib.

Google+ WhatsApp ok.ru