BMT: Dünya İraq xalqının kədərli taleyinə laqeyddir

BMT-nin İraq məsələləri üzrə xüsusi nümayəndəsi bu ölkə xalqının acınacaqlı vəziyyəti haqda xəbərdarlıq edərək, bildirib ki, dünya İraq xalqının kədərli taleyinə laqeyddir.
 
Maide.az-ın məlumatına görə, BMT-nin İraq məsələləri üzrə xüsusi nümayəndəsi Yan Kubiş dünən bu ölkə xalqının vəziyyəti haqda özünün ilk hesabatını BMT TŞ-ə təqdim edib. O, dünya ictimaiyyətindən istəyib ki, bu ölkə xalqının acınacaqlı vəziyyətinə diqqət yetirsin və daha çox həssaslıq göstərsin.
 
Ban Ki Munun nümayəndəsi dünya ölkələrini İraq xalqının vəziyyətinə laqeydlik və səhlənkarlıqda ittihamlandırıb və belə deyib: "Belə görünür ki, dünyadakı bütün digər köhnə və təzə böhranlar İraqın və onun xalqının vəziyyətinə laqeydlik üçün bir bəhanə olub."

Google+ WhatsApp ok.ru