BMT-nin baş katibi İranla nüvə sazişinin qorunub saxlanılmasına ümid edir

BMT-nin baş katibi İranla nüvə sazişinin qorunub saxlanılmasına ümid edir

BMT-nin baş katibi Antoniu Quterreş ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramına dair saziş barədə bəyanatlarından sonra, sazişin qorunub saxlanılmasına ümid edir.
 
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.
 
O, bildirib: "Baş katib dəfələrlə bildirib ki, Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) qəbul edilməsi nüvə silahının yayılmaması rejiminin möhkəmlənməsi və qlobal sülh və təhlükəsizlik üçün mühüm nailiyyətdir. O ümid edir ki, BHFP qorunub saxlanacaq".
 

 

Google+ WhatsApp ok.ru