BMT-nin baş katibliyinə artıq iki namizəd var

 BMT-nin baş katibi vəzifəsinə seçkiqabağı kampaniya başlayıb.
BMT Adminstrasiyası başçısının seçilməsi qaydaları ilə bağlı quruma üzv olan 193 dövlətə məktub göndərilib.
Məlumata görə, BMT-nin hazırkı baş katibi Pan Ge Munun səlahiyyət müddəti 2016-cı ildə başa çatır. Onun yerinə seçiləcək şəxs vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-də başlayacaq.
BMT Baş Assambleyasının sədri Moqens Lükketoft bildirib ki, qurumun Baş Assambleyasının keçmiş sədri, Makedoniyadan olan diplomat Srjan Kerim və Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç artıq öz namizədliklərini irəli sürüb.Report 

Google+ WhatsApp ok.ru