BMT-nin mənzil-qərargahında yanğın olub 23 Mart 2015 02:00 Dünya BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında yanğın baş verib. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, yanğın binanın suvenir mağazaları olan mərtəbəsində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürən maşınlar və təcili yardım briqadaları gəlib. Yanğının qarşısı 1 saat ərzində alınıb. Yanğın BMT-nin Yanğın Əleyhinə Xidməti və Nyu-York Yanğınsöndürmə İdarəsinin səyi nəticəsində söndürülüb. BMT-nin mətbuat xidmətinin əməkdaşı Vanina Maestraççi (Vannina Maestracci) bildirib ki, ilkin versiyaya görə, yanğında qısaqapanma səbəb olub. Onun sözlərinə görə, yanğın nəticəsində və yanğının söndürülməsi zamanı hadisə baş verən mərtəbəyə müəyyən zərər dəysə də, mənzil-qərargah martın 23-dən normal fəaliyyətini davam etdirəcək. Qaydaya görə, bazar günü BMT-də istirahət günü sayılır. Lakin marın 22-də mənzil-qərargahda BMT Təhlükəsizlik Şurasının Yəməndəki hadisələrə həsr olunmuş növbədənkənar iclası keçirilib. Teqlər : #BMTnin mənzilqərargahında yanğın olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran prezidenti Ayətullah Xameneiyə müraciət edib Əbdülməlik əl-Husidən Yəmən xalqına müraciət: `Xalqın silahlanmasını istəyirəm`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO