BMT-nin mənzil-qərargahında Fələstin bayrağının qaldırılmasına icazə verilib

BMT Baş Assambleyası Fələstinin təklif etdiyi qətnamə layihəsini qəbul edib.
 
Maide.az xəbər verir ki, qətnaməyə əsasən,  BMT-nin mənzil-qərargahında və ofislərində müşahidəçi statusuna malik olan, lakin təşkilatın üzvü olmayan ölkələrin də bayraqlarının qaldırılması nəzərdə tutulur. Sənəddə yer alan müddəaya əsasən, qeyd olunan ölkələrin bayraqları BMT-yə üzv olan ölkələrdən sonra qaldırılmalıdır.
 
Qeyd edək ki, BMT-də  müşahidəçi statusuna  Fələstin və Vatikan malikdir. 

Google+ WhatsApp ok.ru