Sionistlərin yeni planı ifşa oldu

İsrailin rejiminin, yəhudi mühacirlərin basqınlarına qarşı Məscidi Əqsada vaxt keçirən fələstinliləri qeyri-qanuni elan etməsi sərt reaksiyalara səbəb olub.
 
Maide.az xəbər verir ki, Fələstin İslami Vəqflər idarəsinin rəhbəri Azzam Əl-Hatib yazılı açıqlamasında, "Bu qərar bütün müsəlmanların nüfuzuna toxunur. Qətiyyən qəbul edilə bilməz. İşğalçıların Məscidi Əqsa ilə bağlı işlərə müdaxilə etmək hüququ yoxdur. Əqsaya girən hər bir müsəlman düşmənə qarşı mühafizəçidir. Kimsənin müsəlmanları müqəddəs məkanlarına girməkdən, ibadət etməkdən çəkindirməyə hüquqi əsası yoxdur", - deyib.
 
Məscidi Əqsanın bütün müsəlmanların ibadət məkanı olduğunu bildirən Hatib, "Hər bir müsəlmanın Əqsaya daxil olaraq ibadət etmək hüququ var. İsrail rejiminin bu qərarı müsəlmanların Əqsadakı ibadət azadlığına maneə törətməkdir" söyləyib.
 
Qeyd edək ki, sionist rejimin müdafiə naziri Moşe Yalon bu gün məsciddə qalanların işlərinin qeyri-qanuni bir quruculuq adlandıran qərar imzalayıb.
 
Məscidi Əqsa müdiri Ömər Kesvani isə verdiyi açıqlamada, bu müqəddəs məkanda növbətçi durmağın ibadət olduğunu bildirərək, qərarın Əqsada namaz qılanların haqlarına təcavüz olduğunu söyləyib.

Google+ WhatsApp ok.ru