BMT-nin xüsusi elçisi: “Suriya üzrə danışıqlar yanvarın 29-da başlayacaq”

Suriyada münaqişənin nizamlanması üzrə danışıqlar yanvarın 29-da başlayacaq.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bildirib.
 
“Sabah birbaşa danışıqlarda iştirak etmək üçün Suriyanın müxalifət nümayəndələrini dəvət göndərmək niyyətindəyik. Bilavasitə danışıqlar isə, zənnimcə,  yanvarın 29-dan start götürəcək”, deyə S.de Mistura vurğulayıb.
 
Qeyd edək ki, Suriya üzrə danışıqlar yanvarın 25-ə Cenevrədə keçirilməli idi. /

Google+ WhatsApp ok.ru