BMT : Rohingya müsəlmanlarının vəziyyəti acınacaqlıdır

Birləşmiş Millətlər Təşkilatı (BMT) elan edir ki, Myanmarda Rohingya  müsəlmanlarının vəziyyəti hələdə çox acınacaqlıdır. 
 
Maide.az xəbər verir ki, BMT-nin  insan haqları əlaqələndirici ofisinin əməliyyatlar üzrə məsul şəxsi Con Kinq ötən gün Myanmarın qərbində Raxin əyalətində olub. 
 
O,  oradakı müsəlmanların vəziyyəti ilə yaxından tanış olub və daha sonra açıqlama verib. “ötən seçkilərdə qələbə qazanan müxalif partiyanın verdiyi vədələrə  baxmayaraq, Rohingya müsəlmanlarının vəziyyəti hələdə  çox acınacaqlıdır.
 
C.Kinq  deyib ki,  140 min Rohingya 2012-ci ildə ev-eşikləri yandırıldıqdan sonra çadırlarda yaşamaq məcburiyyətində qalıblar. Bu müsəlmanlar  Raxin bölgəsində ifratçı buddistlərin hücumları nəticəsində evlərindən didərgin düşüb. 
 
O deyib ki,  qaçqınların  dağılmaqda olan müvəqqəti  sığınacağına baxış keçirdikdə  şoka düşdüm. “Bu insanların əksəriyyəti  dininə görə, tibbi  xidmətlərdən məhrum qalıblar. Bu qədər  bu ürək ağrıdan vəziyyətdə görmək çox ağrıdıcıdır. Orada bir ana mənə dedi ki, bir aylıq uşağım  xəstəxana onu qəbul etmədiyi üçün oksijen çatışmamazlığından  həyatını itirib”.
 
Myanmarda 1 milyon 300 mindən çox müsəlmana qarşı irqçi siyasəti yürüdülür. Onlar vətəndaşlıqdan belə məhrum edilir. BMT-nin məlumatına görə, Rohingya müsəlmanları dünyanın ən çox zülmə məruz qalmış  insanlarıdır. Buradakı  zülmlər nəticəsində Rohingya müsəlmanları Tayland, Malazya, İndoneziya və Banqladeşə köç  etmək məcburiyyətində qalıblar./
 
 

Google+ WhatsApp ok.ru