İndoneziyada 7,9 bal gücündə zəlzələ

İndoneziyanın cənub-qərb sahillərində 7,9 bal gücündə zəlzələ olub. Zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyi bildirilir.
 
Maide.az  xarici KİV-ə istinadən bildirir ki, son məlumatlara görə, zəlzələdən sonra Sumatra adası üçün sunami təhlükəsi elan edilib. Sumatra adasında da hiss edilən zəlzələ nəticəsində can və ya mal itkisi olub-olmadığı barədə məlumat verilməyib.
 
Qeyd edək əvvəlcə bu zəlzələnin 8,2 bal gücündə olduğu bildirilmişdi. /
 

Google+ WhatsApp ok.ru