BMT: Ötən bir ayda 849 İraqlı həlak olub

BMT yanvar ayı ərzində İraqda törədilən hücum və zorakılıqlarda həlak olanlar barədə hesabatını açıqlayıb. 
Maide.az xəbər verir ki, BMT-nin hesabatına görə, ötən ay İraqda 849 nəfərin həlak olub, 1450 nəfər yaralanıb. 
Qeyd edək ki, BMT bir müddət öncə bildirişdi ki, 2015-ci ilin dekabr ayında İraqdakı hücum və zorakılıqlarda  980 nəfər həlak olub.  Xatırladaq ki, 2014-cü ilin yanvarından 2015-ci ilin oktyabr ayınadək  İraqda törədilən hücum və zorakılıqlarda 18 min 800 dinc sakin ölüb.  36 mindən çox insan qanlı hadisələr zamanı yaralanıb. Bu müddət ərzində 3 milyon 200 min iraqlı daxili təqiblərə görə ev-eşiyindən didərgin düşüb.
Bundan başqa hazırda İŞİD terror qruplaşmasının əlində qul kimi istifadə edilən 3500-ə yaxın qadın və uşaq var. /
 

Google+ WhatsApp ok.ru