BMT: İŞİD Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizini itirib

BMT: İŞİD Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizini itirib

-- Suriya və İraqda 6 milyona yaxın insan öz evlərini tərk etmək məcburiyyətində qalıb

İŞİD terror qruplaşması Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizini itirib.
 
Bunu BMT baş katibinin İraqdakı xüsusi nümayəndəsi Yan Kubiş bəyan edib.
 
“2014-cü ilin yayından İŞİD terror qruplaşması Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizini itirib. 7,5 milyon insan terrorçuların əsarətindən azad edilib”, deyə Y.Kubiş qeyd edib.
 
BMT nümayəndəsi həmçinin bildirib ki, hərbi əməliyyatlarla əlaqədar Suriya və İraqda 6 milyona yaxın insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.(apa)
 

Google+ WhatsApp ok.ru