BMT baş katibi Yaxın Şərq bölgəsinə səfər edir

işğalçı İsrailin Qəzzəyə hücumlarını dayandırmaq məqsədi ilə

 

BMT baş katibi Pan Gi Mun İsrailin Qəzzaya təşkil etdiyi hücum səbəbiylə bu gün Yaxın Şərq bölgəsinə səfər edəcək.

Beynəlxalq KİV-lərin məlumatına görə, BMT-nin siyasi məsələlər üzrə məsul baş katibinin müavini Ceffri Feltman BMT Təhlükəsizlik Şurasının bölgədəki vəziyyətə dair təşkil etdiyi iclasda BMT baş katibi Panın İsrail və Fələstin xalqları ilə həmrəyliyini göstərmək üçün bölgəyə gedəcəyini açıqlayıb. 

Məlumata əsasən, Pan Gi Munun səfərdən əsas məqsədi Qəzzədəki son durumu araşdırmaq və işğalçı İsrail rejimi ilə Fələstinlilər arasında atəşkəs rejimini təmin etməkdir.

 

Google+ WhatsApp ok.ru