İsrail ordusu geri çəkilməyə məcbur olub

İzzəddin əl- Qəssam` briqadası qüvvələri sionist əsgərlərini geri qovublar

 

Həmasın hərbi qolu olan "İzzəddin əl- Qəssam" briqadasının döyüşçüləri Rəfahın şərqindəki Hasinat bölgəsinə sızmağa çalışan İsrail xüsusi qüvvələri ilə üz-üzə gəliblər. Bu barədə Həmasın hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadasının yaydığı yazılı açıqlamada bildirilib. Məlumata görə, İsrail ordusunun böyük itki verərək geri çəkilib. 

"Qəzzanın şimalında olan Beyt Hanun bölgəsindəki əkinçilik məktəbi yaxınına sızmağa çalışan İsrail xüsusi qüvvətləriylə şiddətli qarşıdurmaya girərək geri çəkilmələrini təmin etdik" deyə Həmasın yaydığı xəbərdə bildirilir. 

ANS PRESS-in məlumatına görə, Qəzzanın cənubundakı Xan Yunusa sızmağa çalışan İsrail xüsusi qüvvələrinin qarşıdurmalar nəticəsində geri çəkilmək məcburiyyətində qaldığı İsrail ordusu tərəfindən də təsdiqlənib.

Qeyd edək ki, sionist rejiminin baş nazirinin göstərişi ilə ötən gün rejim ordusu Qəzzəyə yerüstü əməliyyatlara start verdi. Sionist rejimin qüvvələri Qəzzanın müxtəlif bölgələrinə  12 gündir ki, havadan, dənizdən və qurudan hücumlar təşkil edir. Hücumlar nəticəsində indiyədək  279 nəfərin şəhid olub, 2000 nəfərdən çox fələstinli isə yaralanıb. 
 

Google+ WhatsApp ok.ru