BMT dünya əhalisinin sayı ilə bağlı proqnoz verdi 18 İyun 2019 11:18 Dünya Dünya əhalisinin sayı 30 ildən sonra 2 milyard nəfər artaraq 9,7 milyard nəfərə çatacaq. Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, BMT hesabatında Hindistanın əhalinin sayına görə tezliklə Çini keçəcəyi vurğulanır. Sənəddə qeyd olunur ki, artıq 2050-ci ildə əhalinin sayı 9,7 milyarda çata bilər. Yüzilliyin sonunda isə Yer kürəsində 11 milyard insan yaşayacaq. BMT sənədində o da qeyd olunur ki, dünya əhalisi sürətlə qocalır. Buna insanın orta ömrünün artması və doğum səviyyəsinin aşağı düşməsi səbəb olur. Eyni zamanda, əhalisinin sayı azalan ölkələrin də sayı artır. Dünya əhalisinin sayı artsa da, artım sürəti müxtəlif bölgələrdə ciddi şəkildə fərqlənir. Yeni proqnozlar göstərir ki, 2050-ci ilə qədərki dövrdə dünya əhalisinin proqnozlaşdırılan artımının yarıdan çoxu 9 ölkənin payına düşəcək: Hindistan, Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya Birləşmiş Respublikası, İndoneziya, Misir və ABŞ. Teqlər : #BMT,#dünya,#əhalisinin,#sayı,#ilə,#bağlı,#proqnoz,#verdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmədə vəfat edib HRW: ’Mursinin ölümünə görə Misir rəhbərliyi cavab verməlidir‘
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO