BMT Haitidə vəba epidemiyasının yayılmasında rolu olduğunu təsdiqlədi

BMT Haitidə vəba epidemiyasının yayılmasında rolu olduğunu təsdiqlədi

BMT ilk dəfə olaraq  Haitidə 2010-cu ildə vəba epidemiyasının yayılmasında rolu olduğunu etiraf edib. Qeyd edək ki, indiyə kimi bu epidemiyadan 9 mindən artıq insan həlak olub.
 
BMT Baş Katibliyinin  rəsmi nümayəndəsi  Fərxan  Hak bəyan edib ki, ümumdünya təşkilatının rəhbərliyi insanların əzablarını yüngülləşdirmək üçün bir az da artıq səy göstərmək qərarına gəliblər.
 
Pan Ki Muna göndərilən hesabatda  bildirilib ki, BMT-nin fəaliyyəti  olmasaydı vəba epidemiyası yayılmazdı. Bununla belə Fərxan Hak hələ ki, təzminat barədə söhbətin belə getmədiyini vurğulayıb.
 
Qeyd edək ki, hazırda Haitidə 700 min yoluxmuş insan var.(faktxeber)
 

Google+ WhatsApp ok.ru