BMT müsəlmanların haqqını qorumaq istəmədi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Myanmada buddistlərin zülmündən qaçaraq meşəliklərə sığınan Arakan müsəlmanlarının (Rohingyalar) gələcək taleyini müzakirə etmək üçün iclas keçirib.
 
Maide.az xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi təmsilçisi Samanta Pover iclasdan sonra “Twitter” mirkobloqunda görüşməni “tarixi və ilk” adlandırıb.
 
O yazıb ki, Maynmadakı insan hüquqları ilə bağlı mövcud vəziyyət ölkənin demokratik gələcəyi üçün kritik həddə çatıb.
 
İclasda bəzi üzvlər məsələnin Myanmanın daxili problemi olduğu üçün BMT Təhlükəsizlik Şurasında müzakirə edilməsini tənqid ediblər. Nəticə etibarilə iclasda Arakan müsəlmanlarının gələcək taleyi ilə bağlı ümidverici qərar çıxmayıb.
 
Qeyd edək ki, BMT-də müsəlmanların taleyinə biganəliklə bağlı bu hadisə ilk deyil. Fələstində, İraqda, Suriyada, Yəməndə baş verən hadisələrlə bağlı bu günə kimi bir dəfə də olsun cinayətkarlar barədə mənfi fikir səsləndirilməyib. Bir dəfə də olsun İsrail rejimindən Fələstinin işğal edilmiş torpaqlarından çıxması barədə davamlı təkid və tələb səsləndirilməyib, bir dəfə də olsun İraqda Amerika və müttəfiqlərinin törətdiyi qırğınlar, dağıdılan infrastrukturlar barədə hesabat tələb edilməyib, Suriyada yaşanan insanlıq faciəsinin baiskarları olan başda Qətər və Səudiyyə Ərəbistanı olmaqla digər ölkələrdən vəhabi terrorçularının maliyyələşdirilməsi və silahlandırılmasına dair addımlarının dayandırılması tələb olunmayıb, Yəməndə hər gün bombalanan mülki obyektlər, qadın, uşaq, qoca qətlimaı ilə bağlı Səud rejiminə BMT gözün üstə qaşın var demir. Bundan əlavə, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsi ilə bağlı qəbul edilmiş 4 qətnamə elə kağız üzərində qalıb. Dünyanın ən cılız dövlətlərindən olan Ermənistan belə, BMT qətnamələrini saymır. Bütün bunlar onun göstəricisidir ki, BMT sadəcə xristianların hüquqlarının müdafiəsi ilə məşğuldur. Söhbət müsəlmanların faciəsindən getdikdə, bu ali qurum sadəcə lal olur.

Google+ WhatsApp ok.ru