Səlahəddinin Seyid Qərib məntəqəsi azad olundu

Maide.az-ın məlumatına görə, İraq ordusu və xalq qüvvələrinin müştərək əməliyyat komandanlığı bir bəyanat yayaraq bildirib ki, bu ölkə ordusu və xalq qüvvələrinin əməliyyatının davamında Bağdad istiqamətində Samirranın 50 km-liyində yerləşən strateji Seyid Qərib bölgəsi ağır döyüşlərdən sonra İŞİD terrorçularından təmizlənib. 
İraq Müdafiə Nazirliyi bu gün bəyanat verərək bildirmişdi ki, ordunun Samirra şəhərinin ətrafında hava hücumları nəticəsində 12 terrorçu öldürülüb. Məhz bu bəyanatın ardınca strateji Seyid Qərib məntəqəsi azad olunub.

Google+ WhatsApp ok.ru