BMT Myanmadan müsəlmanlara qarşı hərbi əməliyyatlara son verilməsini istəyib 26 Dekabr 2017 02:00 Dünya -- BMT-nin qərarında, Arakanlı müsəlmanlara vətəndaşlıq hüququ verilməsi, humanitar yardımlara icazə verilməsi və .... BMT-də Myanma hökumətinə arakanlı müsəlmanlara qarşı "sistematik insan haqları pozuntularına və hərbi əməliyyatlara son qoyması" çağırışı edən qərar qəbul edilib. Maide.Az "yenisafak"-a istinadən xəbər verir ki, Myanmada arakanlı müsəlmanlara qarşı "sistematik insan haqları pozuntularına və hərbi əməliyyatlara son qoyulması" çağırışı edən qərar Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisində qəbul edilib. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən BMT Baş Assambleyasına təqdim olunan və bazar günü səsverməyə çıxarılan qərarın lehinə 122 ölkə və əleyhinə 10 ölkə səs verib, 24 ölkə isə bitərəf qalıb. Myanma hökumətinə arakanlı müsəlmanlara qarşı sistematik insan haqları pozuntularına və hərbi əməliyyatlara son qoyması çağırışı edilən qərarda, arakanlı müsəlmanlara vətəndaşlıq hüququ verilməsi, humanitar yardımlara icazə verilməsi və BMT Baş Katibi Antonio Quterreşdən Myanma üçün xüsusi nümayəndə təyin etməsi istənilib. Arakanlı müsəlmanlara qarşı etnik təmizləmə BMT-yə görə, təxminən 700 min arakanlı müsəlman 25 avqustdan bu yana Myanmada zülm və qırğınlardan qaçıb Banqladeşə sığınıb. Arakanda 1970-lərdə təxminən 2 milyon müsəlmanın yaşadığı təxmin edildiyi halda, sistematik hücumlardan qaçmaq üçün bu say 350 mindən də aşağı düşüb. Teqlər : #BMT Myanmadan müsəlmanlara qarşı hərbi əməliyyatlara son verilməsini istəyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə hərbi hissədə növbəti kütləvi zəhərlənmə Hindistan təyyarə istehsalına başlayıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO