BMT nümayəndəsi: `Myanmardakı müsəlmanların vəziyyəti ürək ağrıdır`

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Myanmar xüsusi məruzəçisi Yanghee Lee ölkədəki qarşıdurmalar üzündən evlərindən didərgin düşən müsəlmanlar üçün ciddi narahatlığnın dilə gətirərək, vəziyyətin ürəkağrıdıcı olduğunu söyləyib.
 
Maide.az-ın məlumatına görə, vəzifəyə yeni gələn Lee xüsusi məruzəçi sifətiylə ilk dəfə Myanmara gedərək Rakhine (Arakan) vilayətində didərgin müsəlmanların çətin şərtlər altında yaşadığı düşərgələrdə araşdırmalar aparıb, siyasətçilər və QHT rəhbərləri ilə görüşüb.
 
Düşərgələrdə yaşayanların gündəlik xidmətlərdən məhrum olduğunu vurğulayan Lee tibbi sahədəki qeyri-kafiliyin ölümlərə səbəb olduğuna dair narahatlığını ifadə edib.
 
Qanuni statusları ilə problemlər üzündən müsəlmanların sistematik olaraq ayrı-seçkiliklə üzləşdiyini, hərəkət azadlıqlarının, qida, su, təhsil və tibbi yardım müraciətlərinin məhdudlaşdırıldığını, nikah və vətəndaş qeydiyyatı ilə əlaqədar da çətinliklərin olduğunu söyləyən Lee hökumətin sülhsevər şəkildə birlikdə yaşamağa dair uzunmüddətli planının müsəlmanlar və buddistlər arasındakı ayrı-seçkiliyin qalıcı hala gəlməsiylə nəticələnməsindən narahatlığını bildirib.

Google+ WhatsApp ok.ru