Misirdə minaatanlardan açılan atəş nəticəsində 4 uşaq ölüb

Misirdə Sinay yarımadasının şimal bölgəsində minaatanlardan açılan atəş nəticəsində 4 uşaq ölüb.
 
İnsident Şeyx Züveyd şəhəri yaxınlığında baş verib.
 
Mərmilərin düşdüyü yaşayış evi tam dağılıb. Binada olan daha 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Google+ WhatsApp ok.ru