BMT İraqda vəba epidemiyasının yayılması haqda məlumat verib 22 Oktyabr 2015 01:00 Dünya BMT bildirib ki, ötən ay ərzində İraqda 1600- dən çox vəba epidemiyasının yayılması halı qeydə alınıb. Maide.az xəbər verir ki, İraqın Səhiyyə Naziri də ayrıca hesabatda ən azı 1800 nəfərin vəba epidemiyasına yoluxduğunu və onlardan 6 nəfərinin öldüyünü qeyd edib. İraq rəsmisinin məlumatına görə, hal-hazırda bu xəstəlik İraqın şimalındakı Kürdüstan bölgəsinə də yayılıb. Qeyd edək ki, bu xəstəlik təcili müalicə edilmədikdə, bədənin suyunun azalmasına və xəstənin böyrəklərinin sıradan çıxmasına səbəb olur. Vəbaya yoluxma ilə bağlı ilk belə hal ötən ay İraqın paytaxtı Bağdad şəhərinin qərbində qeydə alınmışdı. BMT bildirib ki, İraqda vəba epidemiyasının yayılmasının əsas səbəbləri su təchizatı sistemlərinin işləməməsi və təmiz su təchizatı üçün xlor çatışmamazlığıdır. / Teqlər : #BMT İraqda vəba epidemiyasının yayılması haqda məlumat verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda Taliban terror qruplaşmasına qarşı əməliyyatda 21 nəfər həlak olub Gürcüstanda prezident fövqəladə bəyanatla çıxış etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO