BMT Təhlükəsizlik Şurasında Yəmən layihəsi qəbul edilib

BMT Təhlükəsizlik Şurası Yəmənin paytaxtı Sənada hökumət və təhlükəsizlik qurumlarını nəzarətində saxlayan Husilərdən bu qurumlardan silahlı qüvvələrini qeyd-şərtsiz olaraq çəkmə çağırışı edib.
 
Maide.az xəbər verir ki, iclasda Böyük Britaniya ilə İordaniya tərəfindən təqdim olunan qərar layihəsi müzakirə olunub. Keçirilən səsvermədə layihə 15 üzvün dəstəyi ilə qəbul edilib.
 
Qərar mətnində Husilərdən ev həbsində saxlanılan prezident Hadi, Baş nazir Bahah və bütün hökumət üzvlərinin dərhal azad olunmaları tələb olunub.
 
Yəməndə birtərəfli addımlardan imtina etmələri və BMT-nin vasitəçiliyi ilə davam etdirilən siyasi həll yollarına daxil olmaları istənilən Husilərə, ölkədəki təhlükəsizlik şərtlərini normala qaytarmaq çağırışı edilib.
 
Əl-Qaidənin Ərəb yarımadası qolundan da zorakılıq aktlarını dayandırması istənilən qərar mətnində, sülh və təhlükəsizliyin təmin edilməsi üçün güc istifadəsini özündə əks etdirən BMT Xartiyasının 7-ci hissəsinə yer verilməyib, ancaq BMT TŞ-nin qərarına riayət edilməməsi halında, daha sərt addımların atılacağı qeyd edilib.

Google+ WhatsApp ok.ru