Türkiyədə iki ailə arasında atışma: 2 ölü, 25 yaralı

Türkiyənin Diyabəkir vilayətində iki ailə arasında atışma olub. Diyarbəkirin Çəltikli kəndində iki ailə arasında gərginlik bir həftə davam edəndən sonra hadisələr bu gün acı sonluqla bitib. Belə ki, ailələr arasında silahlar işə düşüb. Atışma nəticəsində xeyli insan yaralanıb.
Atışma o qədər güclü olub ki, hadisə yerinə çoxlu sayda jandarma cəlb edilib. Lakin atışma davam edib. Hadisə nəticəsində 2 nəfər ölüb, uşaqlar da daxil olmaqla 25 nəfər isə yaralanıb. Yaralılardan 12-si əsgərdir.
Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. Yaralı uşaqlardan birinin vəziyyəti ağırdır. Hadisə ilə bağlı saxlanılanlar var.

Google+ WhatsApp ok.ru