BMT Təhlükəsizlik Şurası barədə hazırlanmış ŞOK HESABAT

Beynəlxalq yardım təşkilatları Suriyadakı müharibədə vətəndaşları qorumayan Birləşmiş Millətlər Təhlükəsizlik Şurasına etirazını bildirib.
 
Maide.az xəbər verir ki, aralarında "Save The Children," "World Vision" və Oxfamın da olduğu 21 beynəlxalq yardım təşkilatı tərəfindən Suriyadakı daxili müharibə ilə əlaqədar hazırlanmış hesabat açıqlanıb.
 
Hesabatda dördüncü ilini başa çatdıran müharibədə mülki vətəndaşların qorunması və ölkəyə humanitar yardım çatdırılması məsələsində BMT-nin ötən il cəmi üç qərar qərar qəbul etdiyinə diqqət çəkilib.
 
BMT TŞ-nin qərarlarının Suriyadakı tərəflər, BMT TŞ-nin üzvləri və BMT-yə üzv digər dövlətlərin həyata keçirmədiyi və yox sayıldığı qeyd olunub.
 
Hesabatda 2014-cü il ən qanlı il kimi tanınıb. Keçən il ən azı 76 min adam dünyasını dəyişib. Beləliklə, ölü sayı 220 minə çatıb.
 
Eyni hesabata görə, Suriyadakı müharibədən sonra peykdən görünən işıqlar 83 faiz azalıb. Dəməşqdə peykdən görünən işıqlar 33, Hələb, İdlib və Rakka şəhərlərində isə 97 faiz həcmində azalıb.
 
Xatırladaq ki, Beynəlxalq Amnistiya Təşkilatı da (Amnesty İnternational) fevral ayında verdiyi açıqlamada dünya miqyasında baş verən kütləvi qırğına mane ola bilməyən BMT TŞ-ni tənqid etmişdi.

Google+ WhatsApp ok.ru