Hegemonçuluq nə üçün pisdir?

Nə üçün xalq hegemonçuluqla mübarizə apardı və hegemonçuluq nə üçün pisdir? Diqqət yetirin. Hegemon xislətlə qarşılaşdıqda bir xalqın keçirdiyi ilk hiss dini deyil, milli qeyrət hissi, şəxsiyyət və varlıq hissidir. Çünki hegemonçuluq bir ölkəyə daxil və ona hakim olduqda, xalqın milli kimliyini inkar edir. Bəli, ölkənin sərvətlərini qarət edir, siyasi işlərinə müdaxilə edir, lakin bunların hamısı xalqın kimliyini inkar edəndən sonra baş verir. Hegemonçuluq ilk dəfə daxil olanda demir ki, mən sizin milli kimliyinizi inkar etmək üçün gəlirəm. Belə demir, müxtəlif bəhanələrlə daxil olur və sonra milli kimliyi hədəfə alır; yəni xalqdan mədəniyyəti, etiqadları, dini, iradəni, müstəqilliyi, hakimiyyəti, iqtisadiyyatı - hər şeyi alır və əlində saxlayır. Bunlar inqilabdan öncə İranda baş vermişdi. Xalqları hegemonçuluq qarşısında coşduran və ayağa qaldıran bu hissdir. Buna görə görürsünüz ki, hətta müsəlman olmayan xalqlar da bu gün bacardıqları qədər Amerikaya qarşı çıxırlar. Təbii ki, söhbət bu gündən gedir, o zaman isə heç kim ona qarşı çıxmağa cürət etmirdi. Bu yolu İran xalqı açdı.
 
 Ayətullah Xamenei

Google+ WhatsApp ok.ru