Bodrumda qayıq batıb, 18 nəfər ölüb, 14 nəfər isə xilas edilib

Maide.az "Cumhuriyyet"ə istinadən xəbər verir ki, Türkiyənin Muğla vilayətindən növbəti qayıq faciəsi baş verib. Bodrum rayonunda baş verən hadisədə 18 miqrant ölüb, 14 nəfər isə son anda xilas edilib. Xilas edilənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Bodrumdan Yunanıstanın Kalimnos adasına keçməyə çalışdıqları bildirilən miqrantların Suriya, İraq və Pakistan vətəndaşları olması müəyyənləşib.
Bu hadisədən az sonra yerli polisə Bodrumda daha 20 miqrantın qanunsuz yollarla Yunanıstana aparıldığı barədə məlumat daxil olub. Hadisə yerinə gedən polis miqrantları və təşkilatçıları yaxalayıb. Məlum olub ki, təşkilatçılar adambaşına 3 min dollar dollar alaraq, miqrantları köhnə qayıqla Yunanıstana aparmağı vəd ediblər.

Google+ WhatsApp ok.ru