Türkiyə Rusiyaya cavab verməyə hazırlaşır

Maide.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, dünən Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Milli Təhlükəsizlik Şurasının (MTŞ) 6 saata yaxın davam edən iclası keçirilib.
 
Tədbirdə daxili və xarici siyasətin aktual məsələləri müzakirə olunub.
 
Şura regional təhlükəsizlik baxımından İraqdakı vəziyyəti də müzakirə edib.
 
Milli Təhlükəsizlik Şurası həmçinin Türkiyənin qanuni özünümüdafiə hüququna qarşı Rusiyanın mövqeyini yolverilməz sayıb. İclasda Rusiyaya qarşı cavab tədbirləri detallı şəkildə nəzərdən keçirilib.

Google+ WhatsApp ok.ru