Boko-Haram terrorçuları Nigeriyada 40 gənci qaçırdı

Maide.az xəbər verir ki, hücumun ardından Maiduguriye qaçan Umaru Mustafa adlı bir şahid Boko-Haram terrorçularının çərşənbə gecəsi Malari kəndinə təşkil etdiyi basqında 24 yaşlı oğlu da daxil olmaqla kəndin ən azı 40 gəncini qaçırdığını deyib.
 
Mustafa, qaçırılan gənc kişilərin 15-25 yaşlarında olduğunu deyib. 
 
Hərbi mənbələr hadisəni araşdırdığını açıqlayıb.

Google+ WhatsApp ok.ru