İsrail Orta Şərq xəritəsindən silindi

Mərkəzi Nyu Yorkda yerləşən və media nəhəngi "Rupert Murdochs News Corporation"a aid Harpercollins adlı mətbəə İsrailə Yaxın Şərq xəritəsində yer verməyib.
 
Maide.az xəbər verir ki, Almaniyanın "Die Welt" qəzetinin xəbərinə görə, Harpercollinsin Orta və Yaxın Şərq ölkələrindəki məktəblər üçün xüsusi olaraq hazırlanan xəritədə İsrailin qonşuları olan ölkələrin hamısının adını qeyd edib. Hətta dövlət olmamasına baxmayaraq, Qərbi İordaniyanın və Qəzzanın belə adları xəritədə yer alıb. Ancaq xəritədə işğalçı İsrail rejiminin nəzarətində olan sərhədlər görünməz şəkildə edilərək, adına yer verilməyib.
 
Məsələnin Katoliklərin xəbər jurnalı olan "The Tablet"də yer almasından sonra sosial mediada Harpercollinsə gələn iradlar mətbəəni geri addım atmağa məcbur edib. Sözügedən məhsul bazardan çıxarılıb, qalanların nəşri dayandırılıb.
 
Harpercollinsin işğalçı sionist rejiminin nəzarətində olan ərazilərə İsrailin adının səhvən, yoxsa bilərəkdən xəritəyə yazılmadığı məlum deyil. "The Tablet"in yazdığına görə isə, İsrailin adı bilərəkdən yazılmayıb.

Google+ WhatsApp ok.ru