Boko Haramdan növbəti qətliam: 56 nəfər öldürüldü

Nigeriyada Boko Haram terrorçu qruplaşmasının bir kəndə hücumu nəticəsində 56 nəfər ölüb.
Maide.az xəbər verir ki, terror hücumu ölkənin Borno əyalətinin Maiduquri şəhərinin Baanu kəndində baş verib.
Hücum zamanı 56 nəfər ölüb, digər kəndlilər isə terrorçularından əlindən qaça biliblər.
Qeyd edək ki, Boko Haram qruplaşmasının 2009-cu ildən bəri həyata keçirdiyi terror hücumları nəticəsində 13 mindən çox insan ölüb.
Nigeriyada bu ilin mart ayında prezident seçilən Məhəmməd Buxarinin andiçmə mərasimində Boko Haramı məhv etmək sözünü verməsindən bu günə qədər terrorçular 1000-dən çox insanı öldürüb. M. Buxari bu yaxınlarda terrorçularla mübarizə üçün əlavə olaraq 10 min polisin işə götürüləcəyini bildirib. //

Google+ WhatsApp ok.ru