`Boko Haram terrorçularını dayandırmaq üçün silahlar çatmaz`

Nigeriyanın keçmiş prezidenti Olusegun Obasanjo Boko Haram terror təşkilatı ilə mübarizənin yalnız silahlarla deyil, təhsillə də keçirilməsi lazım olduğunu söylədi.
 
Maide.az-ın məlumatına görə, Obasanjo Fil Dişi Sahilinin Abidjan şəhərində keçirilən Afrika İnkişaf Bankının illik toplantıları çərçivəsində keçirilən "İnkişaf və təhlükəsizlik, yeni təhdidlərlə mübarizə" panelindəki çıxışında, "Boko Haramı dayandırmaq üçün silahlar kifayət deyil. Nigeriyadakı yoxsulluq səviyyəsi azaldılmalı və təhsil səviyyəsi artırılmalıdır" deyib.
 
Nigeriyanın cənubunda xalqın 79 faizinin təhsil aldığını deyən Obasanjo, Boko Haram təsirli olduğu ölkənin şimalında təhsilsiz insanların həcminin 90 faiz olduğunu söyləyib.
 
Obasanjo terror təşkilatının regiondakı işsiz gəncləri və oxuma-yazma bilməyənləri hədəf götürərək böyüdüyünə diqqəti çəkib.
 
Afrika Birliyi Komissiya sədri Nkosazana Dlamini-Zuma da iclasdakı çıxışında terroru yox etmək üçün hər bir ölkənin səy göstərməsi lazım olduğunu bildirib.
 
Dlamini-Zuma Afrikada sülhün və sabitliyin, yüksək məşğulluq səviyyəsi və davamlı inkişafa bağlı olduğunu qeyd edib.
 

Google+ WhatsApp ok.ru