Dalay Lama Myanma müxalifətini müsəlmanlara kömək etməyə çağırıb

Maide.az-ın məlumatına görə, miqrantların vəziyyətinin acınacaqlı hala çevrilməsinin ardınca, Dalay Lama cümə axşamı günü San Suçidən Nobel sülh mükafatının laureatı olaraq Myanmada Ruhingiya müsəlmanlarının vəziyyətinin yaxşılaşması və onların bu ölkədən köçmələrinin qarşısını almağa çalışmasını istəyib.
 
Bir çox Ruhingiya müsəlmanı yoxsulluq, zorakılıq və ayrı-seçkilikdən xilas olmaq üçün təhlükəli dəniz səfərləri ilə digər ölkələrə köçür. Halbuki San Suçi indiyə qədər Myanmada müsəlmanların vəziyyəti barədə istənilən açıqlamanı verməkdən boyun qaçırır.
 
Dəniz vasitəsi ilə qeyri-qanuni mühacirət və bir çox mühacirin dənizdə yoxa çıxması məsələsi qalmaqallı məsələyə çevrilib.

Google+ WhatsApp ok.ru